Dağıstanda antiterror əməliyyatı nəticəsində iki nəfər saxlanılıb.
Yenicag.az xəbər verir ki, saxlanılanlardan birinin şəxsiyyəti müəyyənləşdirilib. Bu, “balaxaninski” bandasının başçısı Şaripovdur.
Beynəlxalq axtarışa verilən Şaripov, həmçinin, 2013-cü ildə Maxaçqalada baş verən və iki uşağın ölümünə səbəb olan partlayışda şübhəli bilinir.
Əməliyyat keçirilən bölgədə odlu silahlar, bombalar aşkar edilib.
Digər terrorçunun kimliyi müəyyənləşdirilir.