!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Balet, ömrüm mənim” filminin təqdimatı olub

!Reklam – Yazi

balYenicag.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, ötən gün Nizami Kino Mərkəzində “Balet, ömrüm mənim” sənədli filminin təqdimatı keçirilib.

Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Dublyaj” studiyasında çəkilib. Sənədli filmin nümayindən əvvəl yaradıcı heyət mətbuat nümayəndələri ilə görüşüb. Mətbuat konfransında ekran əsərinin müəllifləri ilə yanaşı, filmin qəhrəmanları – Azərbaycanın tanınmış balet rəqqasları Rəfiqə Axundova və Maqsud Məmmədov, habelə tanınmış sovet və Rusiya balet artisti, baletmeyster, xoreoqraf, teatr rejissoru, aktyor, rəssam, SSRİ xalq artisti Vladimir Vasilyev iştirak edib.

“Balet mənim həyatımdır” sənədli filmi Azərbaycan baletinin tanınmış ustaları, xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovun həyat və yaradıcılığına həsr olunub. Filmdə Azərbaycanın və Rusiyanın tanınmış mədəniyyət və incəsənət xadimləri, o cümlədən SSRİ xalq artistləri Yuri Qriqoroviç, Vladimir Vasilyev, Mixail Lavrovski, Vyaçeslav Qordeyev, SSRİ xalq rəssamı Tahir Salahov, SSRİ xalq artisti, opera müğənnisi Fidan Qasımova, Azərbaycanın xalq yazıçısı Anar, xalq artisti, dirijor Rauf Abdullayev, əməkdar incəsənət xadimi Fərəc Qarayev və başqaları Rəfiqə Axundova və Maqsud Məmmədov haqqında xatirə və fikirlərini bölüşüb. Sənədli filmin rejissoru Gülər Tokgöz, ssenari müəllifi Rəhilə Abbasovadır. Gülər Tokgözün ilk filmi Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinə həsr edilib.

Mətbuat konfransı bitdikdən sonra “Balet mənim həyatımdır” sənədli filmi nümayiş etdirilib. Azərbaycanın görkəmli balet ustaları, xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovun yaradıcılığına həsr olunmuş filmin leytmotivini həyatda və yaradıcılıqdakı məhəbbət mövzusu təşkil edir.

 

www.yenicag.az

527
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv