Tovuzda gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə bu gün saat 16 radələrində rayonun Vahidli kəndində qeydə alınıb. Tovuz şəhər sakini 22 yaşlı Əmrah Abdullayev balıq tutmaq üçün Vahidli kəndində gedib. O suya elektrik buraxmaqla balıq tutmaq istəsə də ehtiyatsızlıqdan özü elektrik naqilinə toxunub və hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır(APA).