Balıkəsir və Bandırmadakı tələbələrimizə yardım edildi

Türkiyənin Balıkəsir və Bandırma şəhərlərində köməksiz vəziyyətdə qalan 36 azərbaycanlı tələbəyə yardım edilib.

Bu barədə Yenicag.az-a həmin bölgədəki tələbələrin nümayəndəsi Sahil Əhmədzadə məlumat verib.

Məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsi və oradakı müvafiq qurumların operativ addımları ilə Bandırmada köməksiz vəziyyətdə qalan azərbaycanlı tələbələr qeydiyyata alınıb. Bundan əlavə, Bandırma bələdiyyəsi 36 tələbəyə alış-veriş kartları təqdim edib. Komitə rəsmiləri bundan sonra da onlara qayğı göstəriləcəyini vurğulayıblar.

Qeyd edək ki, həmin tələbələrlə bağlı məsələni Yenicag.az gündəmə gətirmişdi.