!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Balıq alarkən nələrə diqqət etmək lazımdır? – VİDEO

!Reklam – Yazi

D vitamini ilə zəngin balığın mövsümü artıq başlayır. Bəs, balıq alarkən nəyə diqqət etmək lazımdır?

Yenicag.az xəbər verir ki, mövsümün başlaması ilə əlaqədar piştaxtaları hazırda kütüm, kilkə, forel, xanı, sazan, sudak, ferj kimi balıqlar bəzəyir. Keçən illə müqayisədə balığın qiymətində böyük fərq yoxdur. Qiymətlər balığın növünə görə dəyişir.

Satıcı Hüseyn Vəliyev ARB-yə bildirib ki, xanı balığının qiyməti 5 manat, sazan balığı 7 manatdır. “5-7 manat hər qiymətə var. Qiyməti münasibdir. Balıqlar Mingəçevirdən Nefçalafadan, Xəzərdən gətirilir”.

Satıcılar deyirlər ki, məşhur Keşlə bazarında satdığımız balıqlar həm göldən, həm də dənizdən tutulur. Alıcılar qiymət ucuzluğuna görə daha çox göl balıqlarına üstünlük verirlər. Burada balıqların saxlanma şəraiti də alıcıları qane edir.

Satıcı Faiq Hacıyev balıqları soyuducuya yığdıqlarını deyib: “Suvarırıq, qoymuyuruq qurusun. Soyuducuya yığırıq. Daha sonra yerdəyişmə edirik ki, sərinlənsin. İki saatdan sonra sata bildiyimizi satılır. Axşama qədər satırıq saxlamırıq”.

Daha çox hansı balıqlara tələbat var?

Satıcı Səfər Əliyev ucuzluğuna görə, biləmur, xanı kimi balıqlara üstünlük verildiyini, bu balıqların təbii deyil, göllərdə yetişdirildiyini bildirib.

Balığın sağlamlığa faydalı olduğunu deyən alıcıların ən çox müraciət etdiyi növ kütümdür. Səbəb isə dadı ilə yanaşı bu növün qiymətinin aşağı olmasıdır.

Balıq dadlıdır, ləzzətdir, sağlamlığa xeyirlidir. Amma düzgün seçilmədikdə əksi baş verə bilir.

Balıq alarkən ən çox nəyə diqqət edilməlidir?

Mütəxəssislər deyir ki, balıq alarkən diqqət olunmalı məqamlar var: dərisinin səthi təmiz, sərt və parlaq olmalı, dərisi isə ətinə möhkəm yapışmalıdır. Köhnə balıq əti daha çox yumşaq təbəqəyə malik olur.

AQTA-nın əməkdaşı İradə Hüseynli balığı seçməyin yolunu izah edib: “Balığı şaqüli vəziyyətdə saxlayaraq onun təzəliyini və yaxud köhnə olduğunu müəyyənləşdirmək olur. Belə ki təzə balıq şaquli vəziyyətdə saxlayarkən quyruğu dik olur. Köhnə balıqda isə belə deyil. Təzə balığın pulcuqları tökülmür. Köhnədə isə tökülür. Qəlsəmələrin rəngi açıq rəngdə olmaldır”.

 

 

 

COP29

www.yenicag.az

1457
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv