!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Balıqçıların maşını suda batdı – 1 ölü

!Reklam – Yazi

107747_res_01Bu gecə Neftçalada ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Yenicag.az virtyalaz.org-a istinadən xəbər  verir ki, faciəvi hadisə gecə saat 3 radələrində Neftçala rayonunun Boyat kəndi ərazisində baş verib. Belə ki, içində 3 nəfərin olduğu “VAZ-21011” markalı avtomaşın idarəetməni itirərək Baş Mil Muğan kollektoruna düşüb. Sərnişinləri suda batmaqda olan maşından çıxsa da sürücü avtomobildə qalaraq boğulub.

Maşının sürücüsü, 1965-ci il təvəllüdlü Vidadi Məmmədtağı oğlu Tağıyevin cəsədi və avtomaşını bu gün səhər saatlarında FHN-in dalğıc-xilasediciləri tərəfindən Baş Mil Muğan kollektorundan çıxarılıb.

Suya düşmüş maşında olanların hər üçü Masallı rayonunun Mollahəsənli kənd sakinləridir. Onlar Neftçalaya balıq ovuna gəliblərmiş. Suda boğulmuş sürücü Vidadi Tağıyevlə birgə balığa gələnlər isə qardaşı və qonşusu olub.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

www.yenicag.az

742
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv