Balkanlarda savaş rüzgarı: Böyük güclər yeni müharibəyə başlayacaq?

Serb terrorçularının NATO aviasiyası tərəfindən bombardman edilməsindən 20 il ötür.

20 il əvvəl “köhnə dünya”nın – əsrimizin inkaşaf etmiş sivilizasiya məkanı sayılan Avropanın lap mərkəzində dəhşətli olaylar yaşanır, vandalizm və varvarlıq aktları törədilir, bəşəriyyətə qarşı ağır cinayət – Bosniya müsəlmanlarının sayları bir orduya bərabər olan serb quldur dəstələri tərəfindən soyqırımı törədilirdi.

Sabiq Yuqoslaviya ittifaqının subyektləri arasında ziddiyyətlərin daha da qabardığı ilk vaxtlarda serblərin bir zamanlar eyni ölkənin vətəndaşı olduqları, onilliklər boyunca birgə yaşadıqları Federasiyanın digər xalqlarına qarşı pataloji aqressiyası güclənməyə başladı. Serb canilərinin əsas hədəfi isə Yuqoslaviya ittifaqına daxil olan Bosniya və Herseqovina əhalisinin mütləq əksəriyyətini təşkil edən müsəlmanlar idi.

Müharibə boşnakları – Bosniya müsəlmanlarını qəfil yaxaladı. Yuqoslaviyanın süqutundan sonra Belqraddan verilən əmr əsasında müsəlmanların əllərində olan silahlar müsadirə edildi. Müsəlmanları inandırmağa çalışırdılar ki, serblərdən və o başqa xalqlardan da silahlar yığılır. Silahların müsadirəsi “qan tökülməsinin qarşısını almaq” adı ilə pərdələnsə də, bu “müsadirə” yalnız Bosniya müsəlmanlarını əhatə etdi.

Yuqoslaviya ordusundan qalan silah-sursat bölgüsündən Bosniyaya çatacaq hissə isə serblərə ötürüldü. Cəllad Slobodan Miloşeviç Serbiyanı Yuqoslaviyanın varisi elan edərək, serblərin faşizmə əsaslanan hakimiyyətini tanımayan müsəlman, alban, xorvat və başqa xalqların kütləvi qətlinə fərman verdi.

Soyqırımı əlbəttə ki, Bosniyadan başladı. Təpədən-dırnağa silahlanmış serb quldurları Bosniyanın müsəlman şəhər, kənd və qəsəbələrinə basqınlar edərək, kişiləri qətlə yetirdilər, qadınları zorladıqdan sonra diri-diri yandırdılar, körpə uşaqları tikə-parça etdilər. Bütün bu vəhşiliklər yaşlı insanların gözü qarşısında törədildi. 1991-ci ildə başlayan və NATO-nun Serbiyanı bombaladığı 1999-cu ilə qədər davam edən müddətdə serblər 20 mindən çox Bosniya müsəlmanını vəhşicəsinə qətlə yetirdilər.

Serblərin Bosniyanın Serebrenitsa şəhərində müsəlmanlara qarşı törətdikləri soyqırımı isə öz qəddarlığına görə xüsusi yer tutur. Momir Nikoliç, Vidoe Blaqoeviç, Draqan Obrenoviç, Draqan Yokiç, Ratko Mladik, Radovan Karaciç və digər cəlladların komandanlığı altında hərəkət edən serblər yalnız Serebrenitsada 8 mindən çox müsəlmanı qətlə yetirdilər.

NATO aviasiyasının Yuqoslaviyaya qarşı hava əməliyyatları 1999-cu il martın 24-də başladı və iyunun 10-a qədər davam etdi. Hava hücumları NATO ölkələri ilə Yuqoslaviya ordusu nümayəndələrinin hərbi-texniki sazişi imzalamalarından sonra dayandırıldı. Əməliyyat nəticəsində Kosovo müharibəsi başa çatdı, regiona nəzarət bütövlükdə əvvəl NATO qüvvələrinin və beynəlxalq administrasiyanın, daha sonra isə etnik albanların əlinə keçdi. Bir məsələ aydındır ki, əgər NATO Serbiyaya qarşı hava əməliyyatına başlamasaydı, serblər Bosniya və Herseqovina əhalisini, ilk növbədə isə müsəlmanları məhv edəcəkdilər. Yeri gəlmişkən, Haaqa məhkəməsinin qərarı ilə müsəlmanların cəlladı Radovan Karaciç ömürlük azadlıqdan məhrum edilib.

BMT Təhlükəsizlik Şurasının 2015-ci il iyulun 8-də keçirilmiş iclasında Böyük Britaniyanın Serebrenitsa üzrə hazırladığı və həmin şəhərdə müsəlmanlara qarşı törədilmiş qırğınların soyqırımı kimi tanındığı qətnaməni müzakirə edib. BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvü (ABŞ, Böyük Britaniya və Fransa), həmçinin 7 müvəqqəti üzvü (Çad, Çili, İordaniya, Litva, Malayziya, Yeni Zelandiya və İspaniya) qətnamənin lehinə, 4 ölkə – Çin (daimi üzv), Anqola, Nigeriya və Venesuela (müvəqqəti üzvlər) əleyhinə səs veriblər. Rusiya öz səlahiyyətindən istifadə edərək, qətnaməyə veto qoyub.

Əslində, Rusiya beynəlxalq ictimaiyyətin rəyini nəzərə almadan Balkan savaşının lap əvvəlindən serb quldurlarına hərtərəfli yardım göstərirdi. Rusiyadan olan yüzlərlə diversant Bosniya və Herseqovinanın dinc əhalisinə qarşı etnik təmizləmə əməliyyatında iştirak edib.

Həmin faciədən 20 il ötdükdən sonra dünya ictimaiyyəti Bosniya müsəlmanlarına qarşı törədilmiş soyqırımını anır, məhv edilmiş dinc əhalinin xatirəsini yad edir. Bununla belə Rusiyanın dövlət televiziyası olan RTR serblərlə birlikdə Bosniya müsalmanlarının kütləvi qətlində iştirak edən, qadınları zorlayan, onların cəsədlərini təhqir edən rus hərbçilərini “sülhməramlı” kimi qələmə verməyə, o şərəfsizlərin “qəhrəman” obrazını yaratmağa çalışır.

Son vaxtlar Serbiyada Rusiyayönümlü faşist təşkilatları xeyli fəallaşıblar və onlar ölkənin Avropa İttifaqından və avrozonadan çıxmasını, NATO-ya üzvlük müzakirələrinin dayandırılmasını və Rusiya ilə yaxınlaşmasını tələb edirlər. Müstəqil mənbələrin məlumatına görə, Serbiyada vəziyyətin gərginləşdirilməsinin arxasında Rusiyanın Belqraddakı səfirliyi dayanır. Eyni zamanda, ABŞ təhlilçiləri də Serbiyadakı vəziyyətin kəskinləşdiyini bildirirlər. Vaşinqtonda hesab edirlər ki, Rusiya Ukrayna “Maydan”ına cavab olaraq, Serbiyanı tam nəzarətə götürmək niyyətindədir. Göründüyü kimi, Rusiyanın öz “ənənə”sinə sadiqliyi Balkanlarda, həmçinin Qafqazda yeni və daha böyük müharibəni qaçılmaz etməkdədir.

Yenicag.ru-nun Analitik Qrupu