Ukraynalı qadın hündürmərtəbəli binanın balkonundan asılı vəziyyətdə tapılıb.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, hadisə İstanbulun Bayrampaşa hissəsində baş verib. 25 mərtəbəli binanın 12-ci mərtəbəsində balkon barmaqlıqlarından asılmış vəziyyətdə tapılan qadın cəsədi görənləri dəhşətə gətirib. Əvvəlcə meyitin cansız maniken olduğu düşünülsə də, sonradan məlum olub ki, kəmərlə balkonun barmaqlıqlarına asılan qadındır. Daha sonra hadisə şahidləri dərhal polisə xəbər veriblər.
Cəsədin 35 yaşlı Olena Tiliyə aid olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi açılıb. Araşdırma davam edir.