Ballar nə qədər düşdü? – Açıqlama

img18725922014-2015-ci tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul imtahanları artıq yekunlaşıb.

Cari ilin məzunları üçün, ll və lll ixtisas qrupları üzrə iyulun 14-də, l və lV ixtisas qrupları üzrə iyulun 25-də keçirilən imtahanlarının nəticələri bəllidir. Artıq ixtisas seçiminə də start verilib. İxtisas seçimi iyulun 30-dan avqustun 11-dək in­ter­net vasitəsilə aparılacaq.
“İxtisas seçimi üçün keçid ballarında heç bir dəyişiklik edilməyib”. Bu barədə ATV.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib.

Onun sözlərinə görə, keçən ilə nisbətdə, bu il ballar artırılmayıb, sadəcə keçən il nəticələr zəif olduğuna görə, ixtisas seçimi üçün keçid ballar 200-dən 150-yə endirilib. “Bütün qruplar üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində isə, I və IV qruplar üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər, II və III qruplar üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər”.

Elnur Nağızadə eyni zamanda bildirib ki, nisbi bal məhdudiyyəti yoxdur. “Əgər abituriyent bir neçə fəndən nisbi balı keçə bilməyibsə və 350-dən çox bal toplayıbsa, o, müsabiqədə iştirak edə biləcək. Sadəcə dövlət sifarışı üzrə verilən yerləri seçə bilməyəcək”.

Qeyd edək ki, abituri­yentlər avqustun 11-dək qəbul olmaq istədikləri ixtisasları seçib on­ların kodlarını www.eservices.tqdk.gov.az/erizebak/ixtisas1internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.