!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Baloğlan Əşrəfov: "Allah ona lənət eləsin, onun işi ancaq fağır-füqərayladır"

!Reklam – Yazi

“Allah koronavirusa lənət eləsin. Onun ziyanı elə fağır-füqəraya, əldə-ayaqda qalanlara dəyir”.

Bunu Yenicag.az-a açıqlamasında müğənni, əməkdar artist Baloğlan Əşrəfov deyib.

Müğənni pandemiyanın musiqiçilərə vurduğu maddi ziyandan danışıb:

“Baxıram musiqiçilərin durumuna, çox fikir edirəm. Necə olur, dünyanın ən böyük şəhərlərindən olan Moskvada, Sankt- Peterburqda, Gürcüstanda toy edirlər, həyat axarı ilə davam edir, amma bizdə toylara qadağa hələ aradan qalxmayıb. Deyəsən, bu pandemiya ancaq musiqiçilərə ziyan vurmaqdan ötrüdür. Axı bunların qazancı toylardan çıxır. Bu yazıqların işi çalıb-oxumaqdır, o da yoxdur. Bu karantindən danışanlar, qərar verənlər məvaciblərini də rahatlıqla alırlar. Bəs bu günəmuzd işləyənlər, qazancı toydan çıxanlar neyləsin? Bunları da düşünmək lazımdır. Onların halını düşünəndə adamın başında tükü biz-biz olur. Allah hamıya kömək olsun. Ümid edək ki, tezliklə hər şey yaxşı olsun”.

Cəvahir

www.yenicag.az

1814
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv