BAMF-ın BMT-yə ünvanladığı etiraz bəyanatı qəbul olunub

lk;lBeynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyevin Azərbaycanın işğal altındakı ərazilərinin erməni dilində təqdim edilməsi ilə əlaqədar İspaniya hökumətinin maliyyə dəstəyi və BMT İnkişaf Proqramı tərəfindən yaradılmış Dayanıqlı İnkişaf Məqsədləri Fondunun sədri cənab Paloma Duran və BMTİP-nin rəhbəri xanım Helen Klarka ünvanladığı etiraz bəyanatından sonra təşkilatın saytında mövcud olan xəritə dərhal götürülüb.

Dayanıqlı İnkişaf Məqsədləri Fondunun (http://www.sdgfund.org/current-programmes) rəsmi internet səhifəsində dərc edilmiş xəritədə Azərbaycanın Dağlıq Qarabağ və işğal altındakı digər yeddi rayonunun adları (Cəbrayıl rayonunun Djrakan, Zəngilan rayonu Kovsakan) erməni dilində və ermənicə təqdim edilmişdir.

Xoşa gəlməyən bir məsələdir ki, BMT qurumunun rəsmi vebsaytında Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin adları erməni dilində və erməni əlifbası ilə verilir.

Məlumat üçün qeyd edək ki, ünvanlanmış bəyanatda Dağlıq Qarabağın rayonlarının, müxtəlif kənd və qəsəbələrin, digər tarixi toponimlərin işğal səbəbindən adlarının dəyişdirilərək erməni dilində və ermənicə təqdim edilməsi işğal faktoruna və işğalın səbəb olduğu ədalətsizliklərə haqq qazandırdığını səbəb gətirərək BAMF BMT qurumunun yaydığı rəqəmsal xəritədə gedən yanlışlıqların aradan qaldırılması tələb etmişdir.

BAMF Mətbuat xidməti