!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BAMF sədri indoneziyalı qonaqlarla görüşüb

!Reklam – Yazi

Image 1Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Bakıda səfərdə olan İndoneziya Respublikasının İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolis, onu müşayət edən Milli komissiyanın yüksək mütəxəssisi Elfansuri Xeyrah və “Jakarta Post” qəzetinin jurnalisti Viramalla Ancayah ilə görüşüb. BAMF-ın ofisində keçirilən görüşdə Umud Mirzəyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, ağır nəticələri və bu münaqişənin nəticələrinin aradan qaldırılmasında Azərbaycan Vətəndaş Cəmiyyəti təmsilçilərinin oynadığı rol barədə məlumat verib. O, Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin – Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını qonağın diqqətinə çatdırıb.

Qeyd edilib ki, bu gün Azərbaycanda məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət göstərilir. Bu qəbildən olan insanların problemləri yüksək səviyyədə həll edilir. Lakin bütün məcburi köçkünlərin bir arzusu var – ata-baba torpaqlarına qayıtmaq.
Problemin həlli istiqamətində fəaliyyət göstərməli olan beynəlxalq təşkilatların hələ də ikili standartlarla çıxış etdiklərini deyən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Azərbaycanın vətəndaş cəmiyyəti adından çıxış edərək deyib ki, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində sadə azərbaycanlıların gözündə öz etibarını itirib. Son illər müşahidə olunan ikili standartlar siyasətinə görə Azərbaycan cəmiyyətində və mediasında bu qurumlara qarşı etimadsızlıq yaranıb. Umud Mirzəyev vurğulayıb ki, bu təşkilatların təcavüzkarla təcavüzə məruz qalan arasında fərq qoymur və bu da böyük bir ədalətsizliyə rəvac verir. Söz sahibi olan qurumların belə qərəzli mövqeyi isə Azərbaycanı münaqişənin həllində ən son varianta-hərbi yolla öz torpaqlarını azad etməyə sövq edir. Halbuki Azərbaycan həmişə sülh və barışığı üstün tutur və indi də bu sülhsevər mövqeyinə sadiqdir. Umud Mirzəyev , Dağlıq Qarabağ münaqişəsi və onun Azərbaycanda, o cümlədən bütün regionda demokratiyanın inkişafına vurduğu ziyana da diqqəti yönəldib: “Qarabağ münaqişəsi həll olunsaydı, indi müzakirə predmetində olan problemlərin bir çoxu, ümumiyyətlə, mövcud olmayacaqdı. Çünki həmin problemlər məhz hələ də həllini tapmayan Dağlıq Qarabağ münaqişəsindən qaynaqlanır”.
Sonda təşkilat sədri vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həll olunmalıdır. Biz bu istiqamətdə böyük dövlətlərdən, eləcə də bu məsələ ilə məşğul olan qurumlardan qətiyyətli mövqe gözləyirik.
İndoneziya nümayəndə heyətinin rəhbəri Nur Xolis isə deyib ki, Dağlıq Qarabağ və ətraf rayonlardan olan qaçqın və məcburi köçkün insanların hüquqlarının pozulması, onların öz doğma torpaqlarına qayıda bilməməsi böyük ədalətsizlikdir. Münaqişənin sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması mütləq şərtlərdəndir.

www.yenicag.az

894
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv