!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Banışevskinin xatirəsini təhqir edirlər - AFFA və PFL hara baxır? - FOTO

!Reklam – Yazi

Bu gün Azərbycan futbolunun əfsanəsi Anatoli Banişevskinin doğum günüdür. Yaşasaydı 71 yaşı olacaqdı.

Çox təəssüf ki, ömrünü “Neftçi” və futbolumuzun inkişafı üçün fəda etmiş “Banya”nın xatirəsi heç yerdə əbədiləşdirilməyib. Adını daşıyan yeganə stadion isə baxımsız vəziyyətdədir.

Yeniçağ.az xəbər verir ki, həmin yer – Anatoli Banişevski adına stadion Masallı şəhərində yerləşir. Aldığımız məlumata görə, orada vəziyyət olduqca acınacaqlıdır. Bu stadionda sonuncu dəfə nə vaxt oyun keçirildiyini heç kim xatırlamır. Və artıq neçə illərdir ki, buranın yaşıl örtüyü qoyun-quzunun otlağına çevrilib.

Maraqlıdır görəsən hazırda futbolumuza görə məsuliyyət daşıyan qurumlar hara baxır? Stadionu təmir etdirmək nə AFFA-nın, nə də PFL-in yadına düşmür.

Yeniçağ.az

www.yenicag.az

530
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv