!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bank BTB” işçi axtarır – VAKANSİYA

!Reklam – Yazi

“Bank BTB”xəzinədarlıq departamenti, aktiv və passivlərin idarə edilməsi şöbəsinin baş mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

Yenicag.Az-ın məlumatına görə, ali iqtisadi və ya biznes üzrə təhsilli, ən azı 2 il maliyyə bazarlarında əməliyyatlar sahəsində təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi fevral ayının 28-dir.

İş barədə məlumat:

– Likvidlik proqnozlarını hazırlayır və şöbə rəhbərliyinə təqdim edir;
– Likvidlik və bazar riskləri nəzərə alınmaqla, mövcud resursların müddətləri, valyutaları və məbləğləri barədə hesabatların hazırlanmasında iştirak edir;
– Maliyyə bazarında əlavə resurslar cəlb edilməsi və ya artıq resursların yerləşdirilməsi üçün verilən tapşırıqlara əsasən danışıqlar aparır və şöbə rəhbərliyini məlumatlandırır;
– Yerli və beynəlxalq maliyyə-kredit təşkilatları, fondları, bankları və digər maliyyə institutları ilə münasibətlər qurur, onlardan bank üçün sərfəli şərtlərlə maliyyənin əldə edilməsi istiqamətində fəaliyyət göstərir;
– Resursların daxili qiymətlərinin hesablanması (FTP – funds transfer pricing);
– Departamentin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

Namizədə tələblər:

– ali iqtisadi və ya biznes üzrə təhsili;
– ən azı 2 il maliyyə bazarlarında əməliyyatlar sahəsində təcrübə;
– İngilis dilini bilmək;
– analitik qabiliyyət;
– dəqiqlik;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət edilən vəzifənin adı email-in mövzu hissəsində (Aktiv və passivlərin idarə edilməsi şöbəsinin Baş Mütəxəssisi) göstərməlidir.

Yenicag.Az

www.yenicag.az

859
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv