!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bank hesabından pul oğurlayan şəxs saxlanıldı

!Reklam – Yazi

Şirvan Şəhər Polis Şöbəsinə şəhər sakini M.Heydərovun bank hesabından 300 manatının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla hadisənin soyğunçuluq yolu ilə törədilməsi müəyyən olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini C.Paşayev müəyyən olunaraq saxlanılıb.

www.yenicag.az

473
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv