Bank hesablarından 20 min manat oğurlayan şəxs tutuldu

Martın 28-də və 30-da bir vətəndaşın 9845 manatının, digər vətəndaşın isə 9900 manatının bank hesablarından oğurlanması barədə polisə məlumatlar daxil olub.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Anar Quliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

COP29