!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bank işçilərinin sayı 4% azalıb - Azərbaycanda

!Reklam – Yazi

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankarında çalışan işçilərin ümumi sayı 2017-ci il oktyabrın 1-nə 16 340 nəfər təşkil edib.

Yenicag.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 173 nəfər və ya 1,1% çoxdur. İlin əvvəlindən isə bank işçilərinin sayı 607 nəfər və yaxud 3,6% azalılb.

Bu ilin sentyabr ayında banklara məxsus bankomatların sayı 9 ədəd azalaraq oktyabrın 1-nə 2 486 ədəd təşkil edib. İlin əvvəli ilə müqayisədə isə bankomatların sayında 25 ədəd və yaxud 1% artım qeydə alınıb.

Bank filialları ay ərzində 3 vahid azalaraq 557 ədəd, şöbələrin sayı dəyişməyərək 142 vahid təşkil edib. İlin əvvəli ilə müqayisədə filialların sayı 12 vahid azalıb, şöbələrin sayı əksinə 11 vahid artıb.

www.yenicag.az

1383
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv