Bank kartından 2000 manat oğurlayan şəxs saxlanıldı

Qaradağ rayonunun Sahil qəsəbəsində bir nəfərin bank kartından 2000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 34 yaşlı E.Bayramov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

COP29