Bank kartlarından oğurluq edən şəxs saxlanıldı

Paytaxt ərazisində ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından müxtəlif məbləğlərdə pulun oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, 21 yaşlı Surət Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun eyni üsulla 5 nəfərin bank hesabından 4 min manata yaxın vəsaiti oğurlaması müəyyən olunub.

Araşdırmalar davam etdirilir.