!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bank-müştəri münasibətlərindəki gərginliyin səbəbi…

!Reklam – Yazi

Maliyyə Bazarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlının bildirdiyinə görə, bu gün məhkəmələrdə 700 min iş var ki, onun da 40 faizi, yəni 280 mini bank müştəri münasibətlərilə bağlıdır.

Görəsən, məhkəmələrdə olan işlər arasında bank-müştəri münasibətlərilə bağlı işlərin bu qədər çox olması nə ilə əlaqədardır?

Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli Yenicag.az-a açıqlamasında bildirdi ki, məhkəmələrdə bank-müştəri münasibətlərilə bağlı olan işlərin sayının çox olmasına səbəb olan amil Azərbaycanda baş verən devalvasiya prosesidir. Həmsöhbətimiz onu da qeyd etdi ki, bu tip məhkəmə işlərinin sayının azalması üçün yaranmış vəziyyətlə bağlı məsuliyyətin bir hissəsini də hökumət öz üzərinə götürməlidir:

“Öncə onu qeyd edim ki, Maliyyə Bazarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlının həmin açıqlaması təkcə sözügedən qurumun mövqeyilə bağlı deyil. Ümumiyyətlə, bu kimi açıqlama ilə hökumət banklara səslənir ki, məhkəmələrdə müştərilərlə münasibətlərə aid həddən artıq dərəcədə işlər daxil olub. Əslində hökumət bununla banklara müştərilərlə bu cür davranmamaq, razılığa gəlməklə bağlı çağırış edir. Bank müştəri münasibətlərilə bağlı məhkəmə işlərinin həddən çox olmasının kökündə isə Azərbaycanda 2015-ci ildə iki dəfə baş verən devalvasiya prosesi dayanır. Hansı ki, devalvasiya fonunda dollar bahalaşdı və nəticədə dollarla verilən kreditlərdə bununla da problemlər yarandı. Sözügedən məhkəmə işlərinin böyük əksəriyyəti də məhz bu məsələdən qaynaqlanır. Bu da Azərbaycan hökumətinin apardığı iqtisadi, maliyyə siyasətinin nəticəsidir. Ona görə də hökumət məsələ ilə bağlı banklara irad tutarkən, onu müştəri ilə ədalətli davranmağa səsləyərkən, öz məsuliyyətini də dərk etməlidir. Yəni dollarla verilən kreditlərlə bağlı yaşanan problemin aradan qaldırılması üçün təkcə vətəndaşla bankı yük altına salmaq doğru yanaşma deyil. Bank-müştəri münasibətlərilə əlaqədar ədalətli çağırışlar edən hökumət bu məsələdə yükün bir hissəsini öz çiyninə almalıdır.

Sözügedən məhkəmə işlərinin həddən çox olması hökumətin apardığı siyasətin nəticəsidir. Əslində, burada yükün hamısı hökumətin üzərinə düşür. Amma cəmiyyət razıdır ki, bu yük müştəri, bank və hökumət olmaqla 3 yerə bölünsün. Yalnız bu yolla məsələni həll etmək mümkündür”.

ELÇİN

Yeniçağ.Az

www.yenicag.az

709
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv