Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Bank müştəriləri təhlükədə - "Android"lərdə daha bir boşluq

“Android” sisteminin proqram təminatında boşluq cinayətkarlara bank hesablarından loqin və parolları oğurlamaq üçün tətbiqlər hazırlamağa imkan verir. İnformasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış “Promon” şirkətinin məlumatları buna sübutdur. Hesabat şirkətin saytında dərc edilib.

Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki, “StrandHogg” adlı boşluğun köməyi ilə fırıldaqçılar qurbanın mesajlarını oxuya, telefon söhbətlərini yaza, şəkillərə baxa və onun hərəkətini izləyə bilərlər. Onlar cihazda leqal proqramı öz proqramı ilə dəyişdirirlər, bundan sonra istifadəçi tərəfindən interfeysdə daxil edilmiş istənilən məlumatı əldə edirlər.

“Promon” şirkətinin məlumatına görə, ən azı 500 populyar proqramda bu boşluq aşkar edilib. Sxem 60 banka edilmiş hücumlarda yoxlanılıb, şirkət həmin bankların adını məxfi saxlayır.

“Promon” şirkəti artıq “Google”u məlumatlandırıb. “Google” şirkətinin mütəxəssisləri sözügedən boşluğu ciddi qəbul etməyiblər, ancaq “Promon” şirkətinin mütəxəssisləri iddia edirlər ki, hakerlər qurğu və proqramlara müdaxilə üçün “StrandHogg”dan istifadə edirlər.

www.yenicag.az

356
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM