Bank müştəriyə 280 dollar əvəzinə 81 trilyon köçürdü

Amerika bankı “Citibank” müştərisinin hesabına səhvən 280 dollar əvəzinə 81 trilyon dollar köçürüb.

Yenicag.az xəbər verir ki, bu barədə Britaniyanın “Faynənşl Tayms” qəzeti daxili bank sənədlərinə istinadən məlumat yayıb.

Məlumata görə, pul köçürməsi iki işçi tərəfindən zəncirvari şəkildə aparılıb və onlardan heç biri səhv etdiyini görməyib:

“Əməliyyat qeydiyyata alındıqdan ertəsi gün təsdiqlənib, yalnız üçüncü mütəxəssis bank hesablarında balansda problem aşkar edib və pul göndərildikdən 90 dəqiqə sonra köçürməni ləğv edib, bir neçə saatdan sonra vəsait geri qaytarılıb”./axar.az