Bank of America: “Neftin qiyməti 100 dollara qədər bahalaşacaq” – Yenicag.Az

Reklam

Reklam

2019-cu ildə neftin 1 barelinin dəyəri 100 dollara qədər arta bilər.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, bu barədə “Bank of America”nın ekspertləri məlumat veriblər.

Məlumata görə, cümə axşamı bir barelinin dəyəri 77 dollardan yuxarı olan Brent markalı neftin qiyməti gələn ilin 4-cü rübündə 90 dollar səviyyəsinə qədər yüksələcək. Ekspertlər əmindirlər ki, OPEC+ sazişinin müddətinin uzanması və ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar fonunda neftin dəyəri 100 dollara da çata bilər.

Dünya üzrə neft təklifində Tehranın payı 4 faiz təşkil edir. Odur ki, İrana qarşı sanksiyalar bazarda “qara qızıl” həcmlərinin azalmasına gətirib çıxara bilər.

“Goldman Sachs” ekspertləri isə hesab edirlər ki, neft qiymətlərinin yüksəlməsi qısamüddətli olacaq. Onların sözlərinə görə, yay fəslində Brent markalı neftin bir barelinin dəyəri 82,5 dollar təşkil edə bilər, lakin 2019-cu ildə neft yenidən ucuzlaşacaq.

Neft qiymətlərinin bahalaşmasına ABŞ-dan xam neft ehtiyatları üzrə gələn məlumatlar da təsir edib. Çərşənbə günü ABŞ Energetika Nazirliyi ötən həftə ölkədə neft ehtiyatlarının 2,2 milyon barel və ya 0,5% azalaraq 433,8 milyon barel təşkil etməsi barədə məlumat yayıb. Lakin azalmanın yalnız 0,2 milyon barel olacağım proqnozlaşdırılırdı.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1573
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."