“Bank of Baku” 2023-cü il ərzində 25 milyon 458 min manat xalis mənfəət əldə edib.
Yenicag.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, “Bank of Baku” 2023-cü il ərzində əldə etdiyi xalis mənfəəti 2022-ci illə müqayisədə 11 milyon 407 min manat, yaxud da 31% azalıb.
2023-cü il ərzində “Bank of Baku”nun gəlirləri 141 milyon 721 min manat olub. Bu, 2022-ci illə müqayisədə 29 milyon 848 min manat, yaxud da 26,7% çoxdur.
Məlumata görə, hesabat dövründə “Bank of Baku”nun faiz gəlirləri 128 milyon 291 min manat olub. Bu, illik müqayisədə 28 milyon 221 min manat, yaxud da 28,2 % çoxdur.
Bu dövrdə “Bank of Baku”nun qeyri-faiz gəlirləri 13 milyon 430 min manat ( illik müqayisədə 13.8% çox ), qeyri-faiz xərcləri isə 73 milyon 639 min manat ( illik müqayisədə 34.2% çox) təşkil edib.
Ötən il bankın aktivləri 24,2% və ya 169 milyon 658 min manat artaraq 870 milyon 889 min manat təşkil edib. Bu dövrdə “Bank of Baku”nun kredit portfeli (müştərilərə verilmiş kreditlər) 14,1% artaraq 659 milyon 43 min manata çatıb. Hesabat dövünrdə “Bank of Baku”nun cəmi öhdəlikləri 731 milyon 918 min manat təşkil edib. Bu da illik müqayisədə 26,5% və ya 153,5 milyon manat çoxdur. Hesabat dövründə bankın depozit portfeli də 41% və ya 150,2 milyon manat artaraq 515 milyon 767 min manata çatıb./Valyuta.az