!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bank sədrinin evinə qumbara atdılar

!Reklam – Yazi

127771_res_01Naməlum şəxslər Moldova Milli Bankının sədri Dorina Drequtsanunun evinə qumbara atıblar.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Moldova Baş Prokurorluğunun yaydığı məlumatda hadisənin gecə saatlarında baş verdiyi bildirilir.

İnsident zamanı bank sədri və ailə üzvləri evdə olsa da, onların xəsarət almadığı, sadəcə yaşayış evinin bir qədər zərər gördüyü bildirilir.

Dəqiqləşdirilmiş məlumata görə, “RQD-5” qumbarası Milli Bank sədrinin Kişinyovun elit mikrorayonlarından birindəki mənzilinin balkonuna atılıb.

Partlayış zamanı evin pəncərələri sınıb və fasadı zədələnib.

Faktla bağlı prokurorluq orqanları terrorizm (278-ci maddə) cinayət işi açıblar. Hadisəni törədənlər 15 ilə qədər həbs oluna bilərlər.

www.yenicag.az

553
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv