!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bank sektorunun üzləşdiyi ÇƏTİNLİKLƏR: "Əhalinin gəlirlərinin azalması səbəbindən..." - İQTİSADÇI

!Reklam – Yazi

“Devalvasiya riskinin artması kredit qoyuluşunun dollarlaşmasını şərtləndirməyib”.

Yenicag.az xəbər verir ki, bunu pandemiya dövrünün kredit aktivliyinə mümkün təsirlərini dəyərləndirən iqtisadçı Samir Əliyev deyib.

İqtisadçı vurğulayıb ki, il ərzində milli valyutada verilən kreditlərin payı 65,4 faizdən 70,2 faizə yüksəlib:

“2020-ci ildə kredit qoyuluşunun artım tempi qeyri-stabil olub. İlin I rübündə, yəni karantin tətbiqinə qədər olan dövrdə kredit qoyuluşunda 2,6% artım olduğu halda sərt karantin tədbirlərinin tətbiqi dövrü olan II rübdə 7%-ə qədər azalma baş verib. Nəticədə ümumi kredit qoyuluşunda dövlət banklarının payı 16,7%-dən 19,1%-ə yüksəlib. Dövlət bankları arasında artım ancaq Azərbaycan Beynəlxalq Bankına (9,9%) məxsusdur. Digər dövlət bankı olan Azər Türk Bankda 10,2% azalma qeydə alınıb. Konkret banklar üzrə aparılan analiz göstərir ki, pandemiyanın bankların kredit aktivliyinə təsiri fərqli olub. 2020-ci ildə ölkə iqtisadiyyatına kredit qoyuluşunu azaldan əsas banklar AFB Bank, Bank VTB, Xalqbank, Yapı Kredi Bank və Accessbank olub. Ancaq Kapital Bank , Paşa Bank, Günay Bank və Rabitəbank kredit portfelini əhəmiyyətli dərəcədə artırmağa müvəffəq olublar. Ümumiyyətlə götürdükdə ölkə banklarının yarısının kredit qoyuluşunda artım, yarısında isə azalma qeydə alınıb”.

Samir Əliyev qeyd edib ki, pandemiya dövründə tətbiq olunan məhdudlaşdırıcı tədbirlər iqtisadi aktivliyi minimuma endirib:

“Nəticədə bankların iqtisadiyyata töhfəsi daha da məhdudlaşıb, gəlirlərinin azalması səbəbindən əhalinin bank resurlarına çıxışı çətinləşib. Rəsmi statistik məlumatlar və bankların hesabatları devalvasiyanın fəsadlarından yenicə qurtulmuş bank sektorunun yeni çətinliklərlə üzləşdiyini daha dəqiq göstərir. Bu fonda müşahidə olunan tendensiyalardan biri də dollarlaşmanın aşağı düşməsidir. Bunun səbəbi Nazirlər Kabinetinin Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə 249 saylı Qərarıdır. Çünki bu Qaydalar sahibkarların banklardan ancaq milli valyutada alacaqları kreditlərə şamil edilir”.

Gülşən Şərif

www.yenicag.az

823
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv