Reklam: High Technic
hightechnic

“Bank Technique”nin baş direktoru işdən çıxıb

5cb6f4050074e24e1b78bd1056cded7a“Bank Technique” ASC-dən kadr axını davam edir.

Bankın baş direktoru, biznesin inkişafı departamentinin direktoru Kamran Alik oğlu Axundov öz xahişi ilə işdən çıxıb.

Qeyd edək ki, K. Axundov 17 iyun 1981-ci ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsini bakalavr, 2004-cü ildə isə magistr dərəcəsi üzrə bitirib.

2004-2005-ci illərdə “Avropa LTD” şirkətində mühasib vəzifəsində çalışdıqdan sonra, 2005-2012-ci illər ərzində Azərbaycan Beynəlxalq Bankında xidmət bölməsinin mütəxəssisi vəzifəsindən Pərakəndə biznes departamenti, “ABB-Premyer” Müştəri xidmətlərində rəhbər müavini vəzifəsinədək yüksəlib. 2012-ci ilin iyun ayından “Bank Technique” ASC-də çalışıb.

Əlavə edək ki, K. Axundov Azərbaycanın ən savadlı bankirlərindən biri hesab olunur(APA).

www.yenicag.az

60