Banka hücum edilib

bakida maskali sexslerMoskvada iki naməlum silahlı şəxs kommersiya bankına basqın edib.

Nəticədə 1 milyon rubl məbləğində vəsait qarət olunub.

“İki maskalı şəxs banka girərək, xanım əməkdaşı silahla təhdid edib və ondan kassadakı pulları verməyi tələb ediblər”, – deyə Moskva polisindən bildiriblər.

Basqınçılar “Jiquli” markalı avtomobillərdə hadisə yerindən uzaqlaşıblar. Həmin avtomobillər sonradan atılmış vəziyyətdə tapılıb.

Faktla bağlı cinayət işi açılıb, axtarış tədbirləri davam edir.