Bankda qumbara partladıldı – Ölən və yaralananlar var

Ukraynada Starobelsk şəhərində bank şöbəsində qumbara partladılıb.

Yenicag.az xəbər verir ki, bu barədə vilayət üzrə polis idarəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə nəticəsində 1 nəfər ölüb,  5 mülki şəxs və 1 polis əməkdaşı isə xəsarət alıb.

Yaralılardan ikisi bank işçisi olub.