Bakı Ağır Cinayətlər Məhkəməsində lisenziyası ləğv edilən “RoyalBank” ASC-nin 5 saylı filialının sabiq müdiri Natiq Bayramov və filialın sabiq xəzinədarı Rövşən Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, N. Bayramov 4 il, R. Qasımov isə 1 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Hər iki şəxs məhkəmə iclas zalında həbs olunub.