!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bankir oğlu məktəbli qızı belə şikəst etdi - VİDEO

!Reklam – Yazi

İşıqforun qırmızı işığında hərəkət edən sürücü ağır qəza törədib.

Yanvarın 28-də Göyçay rayonunun mərkəzində Fərid Abdullayevin idarə etdiyi 10 MX 073 dövlət nömrə nişanlı “VAZ 21 07” markalı avtomobil piyadanı vurub. 11 sinif şagirdi olan qız yolu keçərkən Fərid Abdullayev işıqforun qırmızı işığında hərəkəti davam etdirərək yüksək sürətlə piyadanı vurub. Zərbədən piyadanın onurğa sütunu sınıb.

Hazırda ağır vəziyyətdə xəstəxanadadır. Qeyd edək ki, Fərid Abdullayevin atası İlqar Abdullayev Göyçayda Zamin bankın filial müdiri olub. Hazırda filial bağlansa da o, valyuta dəyişmə məntəqəsi işlədir.

Göyçayda imkanlı şəxs kimi tanınır. Oğlu isə Göyçayda avtoxuliqanlıq edirmiş. Nəticədə bu cür qəzaya səbəb olub. Yenicag.az Avtosfer.az-a istinadən qəza anını əks etdirən videonu təqdim edir:

www.yenicag.az

2823
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv