!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bankir qız qaçırdı

!Reklam – Yazi

83976Bankir ailəsinə evli olduğunu sübut etmək üçün qız qaçırıb.

Yenicag.az anspress-ə istinadən bildirir ki, Çində 32 yaşlı Lyu Hunq ailəsinin təzyiqlərindən bezərək belə bir addım atıb. O, subay olduğu üçün valideynləri daima narazılıq edirdilər. O da valideynləri əl çəksin deyə cinayətə əl atıb. Belə ki, Lyu Hunq bayramqabağı parkda kolluqların arxasında gizlənib və qarşısına çıxan ilk qızı qaçırıb.

O, qızın əl-qolunu bağlayıb evinə aparıb. Daha sonra qıza vəziyyəti izah edərək evlənəcəklərini deyib. Bundan sonra çinli bankir evlilik sənədlərini gətirmək üçün gedib. Onun evdə olmamasından istifadə edən qız bir əlini açıb və öz sevgilisinə zəng edib. Oğlan olanları polisə danışıb və bankir evə gələn zaman elə yoldaca polislər tərəfindən tutulub.

Dindirilmə zamanı Lyu Hunq deyib ki, onun bütün qardaşları ya ailəlidirlər, ya da ki, sevdikləri qız var. “Ailəmin, valideynlərimin təzyiqlərindən bezmişəm”, – deyə o bildirib.

Nikah sənədlərini hazırlayıb imzalatmaq üçün evinə gələn Lyu Hunqu elə yoldaca mülki geyimdə olan polislər həbs edir.

www.yenicag.az

715
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv