Banklar dollardan imtina edir?

Bu gün Azərbaycan banklarından daha bir neçəsi dolları limitlə almağa qərar verib. Yenicag.az fins.az-a istinadən xəbər verir ki, bu gün “Bank Avrasiya” limitlə yalnız 200 dollar alır.

Bundan başqa, dollar alışına “Türanbank” 3 min, “Azərbaycan Beynəlxalq Bankı” 5 min dollar limit qoyub. “Naxçıvanbank” isə günlük 30 min dollar səviyyəsində bank limiti tətbiq etməyə başlayıb.

Yenicag.az