Əmanətlərin Sığortalanması Fondunun açıqladığı məlumata görə, 2015-ci ilin 6 ayın yekunlarına görə Azərbaycanda fiziki şəxslərin cəmi əmanətləri 7 milyard 561 mln. manat təşkil edib.
Yenicag.az marja-ya istinadən xəbər verir ki, bu, sonuncu dəfə Mərkəzi Bankın 01 İyun 2015-ci il tarixinə (5 aylıq) açıqladığı rəqəmdən 40,1 milyon manat və ya 0,5% azdır.
İyunun 1-nə banklarda əhalinin əmanətləri 7 milyard 601.1 milyon manat olmuşdu.
Banklarda əhalinin əmanətləri mart ayından bəri yenidən azalır. Devalvasiya ilə əlaqədar olaraq 7 milyard 932.7 milyon manata çıxan əmanətlər 4 aydır azalır.