Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Banklardan yenilik

58302Vətəndaş bankdan kredit götürərkən ondan sığorta tələb olunduqda bankın istədiyi yox, özünün seçdiyi sığorta şirkətinə müraciət edəcək. Bunu təmin etmək üçün Mərkəzi Bank əlaqəli satışı məhdudlaşdıracaq. Bu məqsədlə həm qanunvericiliyə dəyişiklik olunacaq, həm də ayrıca metoloji sənədlər hazırlanaraq banklara göndəriləcək. Bu barədə Bakıda keçirilən Mikromaliyyə Konfransında Mərkəzi Bankın rəsmisi Nəbi Əliyev məlumat verib.

Onun sözlərinə görə, təcrübədə bu cür hallara tez-tez rast gəlinir. Bank heç müştəridən soruşmadan tərtib etdiyi müqavilədə özünün əməkdaşlıq etdiyi bir sığorta şirkətinin adını qeyd edir. Bu isə yolverilməzdir. Amma bankların müştəriyə hər hansı tövsiyyə verməsi mümkün olacaq.

Bütün bu dəyişikliklərin əhatə olunduğu sənədin ilin sonuna qədər hazırlanıb hər bir banka göndəriləcəyi bildirilir. Bu addımın əsas məqsədi istehlakçı hüquqlarının qorunmasıdır. (anspress.com)

www.yenicag.az

259