Bu gün Azərbaycandakı bankların heç biri dollar satmır.
Yenicag.az fins.az-a istinadən xəbər verir ki, səhər saatlarında kiçik limitlə valyuta satan banklar da satışı dayandırıb.
Dünən müəyyən limitlə dollar satan “Bank Avrasiya”, “Bank BTB” və “Bank of Baku” bu gün valyuta satmaqdan imtina edib.
Onların ardınca “Bank Avrasiya” və “Turanbank”da eyni qərarı verib. İndi “Turanbank” ancaq öz müştərilərinə 50 dollar satır.
Elə həmin limitlə valyuta satan “Yapı Kredi Bank”dən isə bildiriblər ki, artıq filiallarında dollar bitib. Ona görə də satış dayandırılıb.
Beləliklə, bu gün bütün banklar rəsmən valyuta satışından imtina edib.
Yenicag.az