“Vəziyyətindən asılı olaraq, əskinasları qəbul edib-etməmək məsələsində qərarı bankların özləri verir”.
Bu fikirləri bankların bir çox hallarda köhnə dollar əskinaslarının qəbul etməməsinin səbəbləri haqda danışan iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bankların köhnə dollarları qəbul etməməsinin əsas səbəbi həmin əskinasları sonradan sata bilməmək ehtimalıdır:
“Son zamanlar bankların köhnə dollar əskinaslarını qəbul etməkdən imtina halları müşahidə olunmaqdadır. Bankların köhnə dolları qəbul etməməsində qanunsuz məqam yoxdur.
Hansı xarici valyutalar alq-satqısını təşkil etmək, hansı valyutalarla əməliyyat aparmaq və vəziyyətindən asılı olaraq, əskinasları qəbul edib-etməmək məsələsində banklar özləri qərar verirlər.
Bankların köhnə dollarları qəbul etməməsinin əsas səbəbi həmin pullardan sonradan istifadə edə və sata bilməməsidir. Amma qeyd edim ki, ABŞ-nin özündə istənilən vəziyyətdə olan dollar əskinası keçərlidir”.
Nuray Məmmədzadə