Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Bankların “parnik” dövrü başa çatdı

1427955197_qubadQubad İbadoğlu : “Hazırkı şəraitdə riskləri daha yaxşı idarəedən banklar fəaliyyətini davam etdirə biləcək”.

İqtisadçı ekspert Qubad İbadoğlu öz facebook səhifəsində qeyd edir ki, hazırda banklarda manat qıtlığının əsas səbəbi dollarla olan əmanətlərin artımıdır. Bu ilin ilk 2 ayı ərzində əhalinin bank əmanətlərin valyuta tərkibindəki dəyişikliklər bu prosesi daha da kəskinləşdirib. Bu da milli iqtisadiyyatda dollarlaşma səviyyəsinin sürətli artımı ilə bağlıdır.

“Belə ki, Mərkəzi Bankın martın 1-ə açıqladığı məlumata görə, yalnız fevral ayında banklardan 1 milyard 288 milyon 500 min manat vəsait milli valyuta ilə geri çəkilib. Onun müqabilində həmin ay ərzində banlara 2 milyard 99 milyon dollar vəsait xarici valyuta ilə yerləşdirilib. Yəni fevral ayında manatla olan əmanətlər əvvəlki ayla müqayisədə 30 faiz azaldığı halda, dollarla əmanətlər 73,5 faiz artıb. Beləliklə də bu ilin mart ayının 1-nə, əhalinin ümumi əmanətlərin 37,5 faizini manatla, 62,5 faizini isə dollarla olan əmanətlər təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin oktyabr ayında bu göstərici tamamilə əksinə idi. Yəni, fiziki şəxslərin o zamana olan cəmi əmanətlərində manatla əmanətlərin payı 63 faiz, dollarla əmanətlərin payı isə 37 faiz təşkil edirdi”-deyə ekspert sözlərinə əlavə edib.

“Ötən 4 ay ərzində bu nisbətin sürətlə dəyişməsi ilk növbədə də bankların işini xeyli çətinlışdirir. Belə ki, parnik şəraitində bəslənən banklar dollarla yığdığı vəsaitləri həmin valyuta ilə kredit verməkdə çətinliklər və risklərlə üzləşirlər. Çünki, martın 1-ə olan digər məlumata görə, vaxtında geri qaytarılmayan borcların məbləği 1 milyard 138 milyon 200 min manatı ötüb. Yalnız fevral ayında bu qəbilədən olan borclar 107,3 milyon manat artıb”.

www.yenicag.az


Paylaşılan Hostinq

1.49 ₼ -dan başlayan qiymətlərlə

* 5GB Disk Həcmi

* Limitsiz Trafik

* 1 Hesabdakı saytlar

* 5 Subdomen

* 10 E-poçt

Daha ətraflı məlumat üçün: https://hostimul.com/hostinq-almaq

303