Bankomat və POS-terminallar fasiləsiz işləyəcək

Bakıda keçiriləcək “IV İslam Həmrəyliyi Oyunları” və “2017 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq yarışların keçiriləcəyi günlərdə paytaxt daxil olmaqla, respublikanın bütün regionlarında quraşdırılmış bankomat və POS-terminal şəbəkəsinin fasiləsiz və dayanıqlı fəaliyyəti təmin olunacaq.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, bununla əlaqədar, yarışların dövründə ödəniş kartı infrastrukturunun davamlı fəaliyyətinin təmin olunması məqsədilə profilaktik tədbirlərin keçirilməməsi və sistem yeniliklərinin aparılmaması banklara tövsiyə olunub.

Eyni zamanda, Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə idman komplekslərində və ətraf ərazilərdə, habelə şəhər mərkəzində yerləşən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminalların daim işlək vəziyyətdə olması və bankomat şəbəkəsinin nağd pul vəsaitləri ilə təchiz edilməsi banklar tərəfindən mütəmadi qaydada monitorinq olunacaq.

Yeniçağ.Az

COP29