Bankomat və POS-terminalların sayı artdı

Bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur.

Yenicag.az xəbər verir ki, bu haqda Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki, keçən ilin sentyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 3,9 faiz, POS-terminalların sayı 21,1 faiz artıb.