İsmayıllıda yanğın hadisəsi qeydə alınıb.
Yanğın rayonun Lahıc kəndində vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan ərzaq mağazasında baş verib. Nəticədə mağazanın rəfi 1 kv.m sahədə və mağazada yerləşdirilmiş bankomatın elektrik naqilləri yanıb.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.