Bankomatdakı rəqəmləri görüb ŞOK OLDU: Tam 1 milyard dollar!

ABŞ-ın Florida ştatında ağlasığmaz olay yaşanıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Floridada yaşayan Yuliya Yanukovski adlı qadın hesabından 20 dollar çıxartmaq üçün getdiyi bankomatın qarşısında şok yaşayıb.

Belə ki, Yanukovski hesabında 999,985,855.94 dollar olduğunu öyrənib. Gördüyü rəqəmlərin qarşısında təəccüblənən Yuliya pula toxunmayıb.

Yaşadığı şoku, “Bu pulu istifadə edib sonra onu geri qaytarmaq məcburiyyətində qalan insanlar var. Bundan istifadə edə bimərəm, çünki mənim pulum deyil”, – sözlərilə ifadə edib.

Bankla əlaqə saxlamağa çalışan Yuliyanın cəhdləri uğursuz olub. O, pulun kiberhücum nəticəsində hesabına köçürüldüyünü təxmin etdiyini bildirib.