!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Kapital Bank"ın bankomatından oğurluq etmək istədi - FOTO

!Reklam – Yazi

Quba rayonunda bankomatdan oğurluğa cəhd göstərən şəxs saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, Quba rayonunun Zərdabi qəsəbə sakini, 1994-cü il təvəllüdlü Asim Cabbarov gecə saatlarında Quba şəhər Yeni Avtovağzal ərazisində yerləşən “Kapital Bank”ın ATM köşkündəki bankomatdan oğurluğa cəhd edərkən RPŞ-nin əməkdaşları tərəfindən tutularaq polis şöbəsinə gətirilib. Saxlanılan zaman onun üzərindən cinayətdə istifadə etdiyi bir ədəd metal ling, bir ədəd mətbəx bıçağı, bir ədəd maska və bir cüt əlcək maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir. (Report)

www.yenicag.az

1880
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv