Banqladeş parlamenti buraxıldı

Banqladeş parlamenti buraxılıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qərarı Prezident Məhəmməd Şahabuddin imzalayıb.

Məlumata görə, qərar ölkə başçısının siyasi qüvvələr, tələbə hərəkatının nümayəndələri, vətəndaş cəmiyyəti və ordu rəhbərliyi ilə görüşlərindən sonra verilib.