İyulun birinci yarısında Banqladeşdə 11 mindən çox adam denge qızdırmasına görə xəstəxanaya yerləşdirilib.
Yenicag.az xəbər verir ki, faktı ölkənin Səhiyyə Xidmətləri Baş Müdirliyinin (DGHS) məlumatları sübut edir.
DGHS-in statistikasına görə, ölkədə bu gün 1 623 yeni yoluxma və 7 ölüm faktı ilə yanvar ayından bəri ən yüksək göstərici qeydə alınıb. Ölkədə yoluxanların ümumi sayı 19 454-ə, ölənlərin sayı isə 100-ə çatıb.