Banqladeşdə polis hökumət işləri üçün kvota sisteminə etiraz edən nümayişçilərə qarşı həqiqi güllələrdən istifadə edib.
Yenicag.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
“Banqladeş polisi Dəkkədə etirazçılara atəş açıb”,- məlumatda deyilir.
Bildirilir ki, təhlükəsizlik qüvvələri də gözyaşardıcı qazdan istifadə edib.
İddia olunur ki, etiraz zamanı azı 105 nəfər ölüb, 1,5 minə yaxın insan yaralanıb.