Banqladeşdə iğtişaşçılar məhbusları azad etdilər

Banqladeşdə iğtişaşçılar Şerpur rayon həbsxanasına soxularaq məhbusları azad ediblər.

Yenicag.az xəbər verir ki, bu barədə “Dhaka Tribune” nəşri məlumat yayıb.

Bildirilib ki, yürüş zamanı etirazçılardan ibarət izdiham həbsxananın qapılarını sındıraraq yanğın törədib və 500-ə yaxın məhbus həbsxanadan qaça bilib.

İğtişaşçılar, həmçinin polis məntəqəsini yandırıb, bir sıra ticarət və hökumət binasına ziyan vurublar.

COP29