Banqladeşin müxalifəti və hakim partiyasının tərəfdarları artıq ikinci gündür ki, Dəkkədə minlərlə insanın qatıldığı etiraz aksiyası keçirir, iyirmiyə yaxın polis yaralanıb, azı 90 nəfər saxlanılıb.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxtın Polis İdarəsinin nümayəndəsi Faruk Əhməd məlumat verib.
Banqladeş Millətçi Partiyasının tərəfdarları 2009-cu ildən bəri hakimiyyətdə olan və müxalifət tərəfindən demokratik azadlıqları boğmaqda ittiham olunan Baş nazir Şeyx Hasinanın istefası tələbi ilə son həftələr etiraz aksiyası keçirirlər. 2024-cü ilin yanvarında ölkə parlamentinə növbəti seçkilər keçirilməlidir. Müxalifət Hasinanın istefasını və keçid hökuməti altında seçkilərin keçirilməsini tələb edir. Onların fikrincə, bu, seçkilərin ədalətli baş tutmasına zəmanət verəcək.