Banqladeşdə “koronavirus duası” – Onminlərlə insan xəstəliyə meydan oxudu – VİDEO

Dünyada sürətlə yayılmaqda olan koronavirusa qarşı səhiyyə təşkilatlarından insanlara “evdə qalın” çağırışı edilsə də, Banqladeşdə insanlar nəinki evdə qalıb, hətta 10 mindən çox kütlə birlikdə dua da edib.

Yenicag.az xəbər verir ki, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Banladeşdə onminlərlə insan “koronavirus duası” etmək üçün bir yerə toplaşıb.

Yerli mediada yayılan xəbərlərə görə, insanlar bir yerə yığışaraq Qurandakı “şəfa” dualarını oxuyub və dəhşətli virusa yoluxmamaq üçün Allaha yalvarıblar.

168 milyon əhalisi olan Banqladeş dünyadakı səhiyyə təşkilatları tərəfindən potensial “yoluxucu” ölkə olaraq qeyd edilir və insanların bu addımı heç də birmənalı qarşılanmayıb.

Qeyd edək ki, ölkədə rəsmi olaraq 14 nəfərdə yeni növ koronavirus aşkarlanıb. Həkimlər bu sayın daha çox olduğunu, ancaq analiz üçün yetərli qədər tibbi ləvazimatın olmadığını da vurğulayıblar.