“Barış pınarı” bu qədər suriyalını evinə geri qaytaracaq – Ərdoğan açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Barış pınarı” hərəkatının yeddinci günündə açıqlama verib. 

Yenicag.az xəbər verir ki, Ərdoğan əməliyyatlar uğurla tamamlandıqdan sonra 2 milyona qədər suriyalının evinə geri dönməsini təmin edəcəklərini bildirib.

“Qısa zaman ərzindəMünbiçdən İraq sərhəddinə qədər olan bölgəni təhlükəsiz hala gətirib ilk mərhələdə 1 milyon, ikinci mərhələdə isə könüllü olaraq 2 milyon suriyalını öz evlərinə geri göndərəcəyik” – deyə, Türkiyə Prezidenti qeyd edib.

“Suriyada son 8 ildə baş verənlər onu göstərir ki, bir terror qruplaşmasını digərinin məsləhətləri ilə davranaraq zərərsizləşdirmək olmaz. “Barış pınarı” hərəkatında iki məqsədimiz var: Birincisi, bölgədəki PKK/YPG terror ünsürlərini təmizləmək, ikincisi suriyalı qardaşlarımızın öz ölkələrinə geri qayıtması üçün uyğun şərait yaratamaq” – deyə, Ərdoğan əlavə edib.

Həşim Səhrablı 

COP29